Çimnaz Aslanovarepicudi imp mad 6gene: nonmiceus fam209.
Çimnaz Aslanova | |||||||
---|---|---|---|---|---|---|---|
Çimnaz Əbdüləli qızı Aslanova | |||||||
| |||||||
|
|||||||
|
|||||||
Partiya | Kommunist partiyası | ||||||
Doğum tarixi | 1904 | ||||||
Doğum yeri | Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası | ||||||
Vəfat tarixi | 10 mart 1970 | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Milliyyəti | azərbaycanlı | ||||||
|
|||||||
Təltifləri |
Çimnaz Aslanova (tam adı: Çimnaz Əbdüəli qızı Aslanova; 1904 – 10 mart 1970) — Azərbaycan dövlət və ictimai xadimi,[1] Azərbaycan SSR Ali Sovetinin I-IV çağırış deputatı[2]
Mündəricat
- 1 Həyatı
- 2 Fəaliyyəti
- 3 Mükafatları
- 4 Həmçinin bax
- 5 İstinadlar
Həyatı[redaktə | əsas redaktə]
Çimnaz Aslanova 1904-cü ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1948-ci ildə isə Moskvada Ali Partiya Məktəbini bitirmişdir. On altı yaşından Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizəyə qoşulmuşdur. [1]
Fəaliyyəti[redaktə | əsas redaktə]
- 1938-39-cü illər - Bakı xalq maarifi şöbəsinin müdiri
- 1939-43-cü illər - Azərbaycan SSR İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri
- 1943-48-ci illər - AK(b)P MK-da məktəblər şöbəsinin müdiri
- 1951-52-ci illər - Azərbaycan SSR maarif nazirinin müavini
- 1952-56-cı illər - AK(b)P MK-da qadınlar arasında iş aparan şöbənin müdiri
- 1956-58-ci illər - Partiya orqanları şöbəsi müdirinin müavini
- 1958-ci ildə - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti mükafat şöbəsinin müdiri
- 1946-58-ci illər - SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini, SSRİ Ali Sovetinin (1–4-cü çağırış) deputatı olmuşdur.[1]
Mükafatları[redaktə | əsas redaktə]
- "Lenin" ordeni
- "Qırmızı Əmək Bayrağı" ordeni
Həmçinin bax[redaktə | əsas redaktə]
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatlarının siyahısı
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ 1,0 1,1 1,2 Çimnaz Aslanova // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2010. — II cild. — Səhifələrin sayı: 604. — Səh.: 128. — 10 000 nüs. — ISBN 978-9952-441-05-5.
- ↑ [1]
- [2]